574111775 878559817832414 7237674638734922985 n x726 quality90 x363 quality90

Ermənistanın Araqots yeparxiyasının yepiskopu Mkrtiç Proşyanın həbs müddəti uzadılıb. 

Globalinfo.az xəbər verir ki, bunu onun vəkili Roman Aharonyan açıqlayıb.

Məlumata görə, Proşyanın həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib. Vəkil məhkəmədə dərhal apelyasiya şikayəti verəcəyini elan edib.

Qeyd edək ki, Mkrtiç Proşyan okyabrın 16-dan etibarən həbsdədir. O, səlahiyyətlərindən istifadə etməklə səsverməyə mane olmaq və insanları etirazlara məcbur etməkdə ittiham olunur.

Proşyan və digər din xadimlərinin həbsi Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasındakı gərginliyin təzahürü kimi qiymətləndirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: