ABŞ ilə Venesuela arasında gərginliyin artması bütün Qərb yarımkürəsi üçün gözlənilməz təhlükə yaradır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.

O, Vaşinqtonun Venesuela ilə birbaşa hərbi qarşıdurmaya getməyəcəyinə ümid etdiyini deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Latın Amerikası ölkələrinə münasibətdə yer alan maddələr Rusiyanın ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri Sakit okeanda narkotik alverində şübhəli bilinən qayıqlara daha bir zərbə endiriblər. Senat isə bu əməliyyatların tam qanuni olduğunu və heç bir başqa tərəfə aidiyyəti olmadığını bəyan edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: