Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski Ukraynada korrupsiya qalmaqalında iştirakda ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.
Qeyd olunub ki, ölkənin birinci xanımının adı Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluq tərəfindən iş adamı Timur Mindiçin işində toplanmış audioyazılarda keçir.
“Yelena Zelenskaya adı Mindiçin lentlərindədir. O, ödənişləri ilə bağlı bəzi qərarlar verirdi”, – Dubinski yazıb.
O, məlumatın mənbəsini göstərməyib və heç bir sübut təqdim etməyib.
Tahir Turan
Globalinfo.az