Xəbər verdiyimiz kimi, Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.
Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.
Rusif Həsənli isə ailəli idi.
Qeyd edək ki, dekabrın 7-də Biləsuvarda “Lexus” markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.
Qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.
