Dekabrın 5-də Yevlaxda baş verən yanğın hadisəsində dünyasını dəyişən qadının xəsarət alan oğlu da xəstəxanada vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yaralananlar arasında olan 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində həyatını itirənlərin sayı iki nəfərə çatıb.
Xatırladaq ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.
***12:21 (5 dekabr)
Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb. Yanğın nəticəsində mənzil sahibi ölüb.
Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarət allblar.
Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.