Venesuela ABŞ-ın hücumuna partizan müqaviməti ilə cavab verə və nəticədə partizan müharibəsi alovlana bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
“Venesuela ABŞ-ın hava və ya qurudan hücumu halında partizan müqaviməti təşkil etməyi və ya xaos səpməyi planlaşdırır”, – məqalədə deyilir.
Partizan müqavimətinə təxribat və digər aktlar həyata keçirən kiçik hərbi birləşmələr cəlb olunacaq. İkinci ssenari Karakasda iğtişaşlar yaratmaq və Venesuellanı idarəolunmaz ölkəyə çevirmək üçün kəşfiyyat xidmətləri və hakim partiyanın silahlı tərəfdarlarından istifadə etməyi nəzərdə tutur.
Agentliyin məlumatına görə, ABŞ ordusu təlim çatışmazlığı, aşağı maaş və köhnəlmiş texnika ilə zəifləmiş Venesuela ordusunu xeyli üstələyir.
Qeyd olunur ki, Venesuela Prezidenti Nikolas Maduro dövlət vəzifələrinə zabitlər təyin etməklə ordunun sədaqətindən bəhrələnsə də, sıravi əsgərlər yerli valyutada ayda cəmi 100 dollar qazanır. Bu məbləğ ölkədəki orta ailənin əsas ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu məbləğin təxminən beşdə birini təşkil edir.
Tahir Turan
Globalinfo.az