084bd465 9558 3e6d 92d6 92c39011114c 850 1200 2

Çexiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “ČTK” xəbər agentliyi məlumat yayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər bölgədə hərbi fəaliyyətin artması səbəbilə Karakasa uçuşları ləğv edib. Çexiya vətəndaşlarına bütün mövcud vasitələrdən istifadə edərək mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik”, – XİN-in müraciətində deyilir.

Qeyd edək ki, müxtəlif ölkələrdən bir çox aviaşirkət Venesuelaya uçuşları dayandırıb.

Paylaş: