putin qezebli

ABŞ “Lukoil”in xarici aktivlərinin satışı ilə bağlı danışıqlar aparmasına imkan verən lisenziyanı vaxtından əvvəl ləğv etmək hüququnu özündə saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnfotek” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda Moskva “Lukoil”ə tətbiq olunan sanksiyanın aradan qaldırılması üçün Vaşinqtonla aktiv danışıqlar aparır.

O da vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putin sanksiyaların ləğv olunmasını yaxın dostu, azərbaycanlı iş adamı Vahid Ələkbərovla şəxsi münasibətlərinə görə diqqətdə saxlayıb.

Qeyd edək ki, 13 dekabrda müddəti bitən lisenziya “Lukoil” və onun törəmə şirkəti “Lukoil International GmbH” ilə danışıqlar aparılmasa, istənilən vaxt ləğv edilə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: