Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Erməni Apostol Kilsəsinə qarşı davam edən təqiblərə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, o qeyd edib ki, kilsəyə qarşı təqiblərdə iştirak edən şəxslər lənətlənəcəklər.

Zaxarova kilsənin müxtəlif vasitələrlə təqib olunmasını “Tanrıya qarşı mübarizə” adlandırıb və bu cür əməllərin əsrlər boyu lənətə çevriləcəyini söyləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: