1748886275 orban yeni

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın suverenliyini itirdiyini və buna görə də onun sülh danışıqlarına razı salınmasının mümkünlüyünü bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Orban bildirib ki, prezident Volodimir Zelenski ilə söhbətlərindən birində ona vaxtın Ukraynanın xeyrinə işləmədiyini xatırladıb. Lakin Zelenski bu xəbərdarlıqları nəzərə almayıb. Baş nazirin sözlərinə görə, həm Rusiya, həm də Ukrayna sülh müqaviləsinə gətirilməlidir.

“Ukraynanın vəziyyətində bu daha asandır, çünki o, artıq suveren ölkə deyil”, – deyə Orban qeyd edib.

Macarıstan lideri əlavə edib ki, Zelenski ətrafında baş verən korrupsiya qalmaqalından sonra Budapeşt Kiyevə əvvəlki səviyyədə dəstək göstərmir. Orbanın sözlərinə görə, prezidentlə saysız-hesabsız əlaqələri olan hərbi mafiya şəbəkəsi ifşa olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: