“Gənc ukraynalı kişilər Almaniyaya mühacirət etmək əvəzinə, vətənlərinə xidmət göstərsələr daha yaxşı olar”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
O, bu açıqlamanı Berlində keçirilən Alman Ticarət Konqresində çıxış edərkən verib.
“Mən Ukrayna prezidenti Volodimir Zelenskidən bunun təmin olunmasını xahiş etdim. Gənc ukraynalı kişilərə öz ölkələrində ehtiyac var”.
Kansler həmçinin hökumətin sığınacaq axtaranlara müavinət verən qanun çərçivəsində ödənişlər ediləcəyini bildirib. Merz hökumətin Almaniyadakı ukraynalıları iş axtarmağa təşviq etmək üçün konkret dəyişikliklər həyata keçirmək niyyətində olduğunu vurğulayıb.
“Bild”in məlumatına görə, on minlərlə ukraynalı bürgergeld (vətəndaş müavinəti almaq hüququ – red) hüquqlarını itirəcək, lakin 1 apreldən əvvəl gələnlər öz hüquqlarını qoruyub saxlayacaqlar.
Əliyar Xəlil
Globalinfo.az