63e8f6c1c00e763e8f6c1c00e8167621190563e8f6c1c00e563e8f6c1c00e6

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.

63e8f6c1b007a63e8f6c1b007b167621190563e8f6c1b007863e8f6c1b0079 63e8f6c1b79aa63e8f6c1b79ab167621190563e8f6c1b79a863e8f6c1b79a9

 

 

 

 

 

 

 

 

Paylaş: