
ABŞ Prezidenti Donald Trampın xanımı Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktub nəticəsində bir neçə uşaq ailələrinə qovuşub.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-dakı Rusiya səfiri Aleksandr Darçiev məlumat verib.
Onun sözlərinə görə, Melaniya Tramp məktubunda münaqişə zonasındakı azyaşlıların vəziyyətinə xüsusi diqqət göstərilməsini xahiş edib:
“ABŞ-ın birinci xanımı obyektiv və ətraflı məlumat verməyə hazır olduğuna görə Rusiyaya təşəkkür edib. Nəticədə yeddi uşaq Ukraynaya, biri isə Rusiyaya qaytarılıb. Prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsi izləyib”.
Safura Bənnayeva
Globalinfo.az