ABŞ Prezidenti Donald Tramp İranın yeni sülh təklifindən məmnun olmadığını deyib.
Globaıinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə İsrailin dövlət televiziyası “Kan”a danışıb.
“İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir. İranlılar razılaşmaq istəyirlər. Amma mən onların təklif etdiklərindən məmnun deyiləm”, – Tramp deyib.
Onun fikrincə, İrana qarşı kampaniya “çox yaxşı gedir”.