1737475680 turkiye

İrəvan və Ankara arasında dialoq heç bir ilkin şərt olmadan davam edir. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli mediaya açıqlamasında deyib.

Mirzoyan vurğulayıb ki, iki ölkə arasında liderlər, XİN rəhbərləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoq var və artıq diplomatik münasibətlərin bərpasına maneə qalmayıb.

Erməni nazir həmçinin qeyd edib ki, sərhədlərin açılması və ticarət əlaqələrinin bərpası istiqamətində növbəti aylarda konkret irəliləyiş gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: