Rusiya Prezidenti Vladimir Putin 2025-ci il oktyabrın 19-da qeyd olunacaq Atalar Günü münasibətilə ailə dəyərlərinin qorunmasında ataların rolunu vurğulayıb.
Globalinfo.az xəbər verir ki, onun təbrik teleqramını Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədrinin birinci müavini Denis Maydanov oxuyub.
Putin kişiləri atalıq çağırışına layiq yaşamağa, zəhmətkeş, müdrik tərbiyəçi və yaxınlarının etibarlı dayağı olmağa səsləyib.
“Bu gün kişilərin ailə dəyərlərinə sadiq qalması, bilik və həyat təcrübələrini övladları ilə bölüşməsi, çətin anlarda onlara dəstək olması çox vacibdir. Əsl kişi də məhz belə olmalıdır”, – Prezidentin müraciətində qeyd olunur.
Tahir Turan
Globalinfo.az