İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı və yenidən bombalanma ehtimalı ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında yazıb.
O, qeyd edib ki, danışıqlar yolu ilə həll tapmaq lazımdır: “Yanlış hesablamalarda daha çox israr etmək heç bir problemi həll etməyəcək. Danışıqlar yolu ilə həll tapmaqdan başqa çıxış yoxdur”.
O, həmçinin 12 günlük müharibə zamanı İsrail və ABŞ-ın hücumlarını “uğursuzluq” adlandırıb:
“İsrail indi İranın müdafiə qüdrətindən doğan xəyali təhlükəni rəngləndirməyə çalışır. Amerikalılar isə İsrailin sonsuz müharibələri ilə mübarizə aparmaqdan yorulublar”.
Tahir Turan














