da4bb7de 2468 4593 b66f 77dfd169d87d 850

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarı bizi narahat edir.

Globalinfo.az-ın məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib. O, bildirib ki, İranın bu qərarını böyük təəssüf hissi ilə qarşılayıb.

“Biz rəsmi qərarı gördük, bu açıq-aydın narahatlıq doğurur. Düşünürəm ki, baş katib İranı MAQATE ilə əməkdaşlığa çağırmaqda israrcı olub”, – o deyib.

Düjarrik qeyd edib ki, İran bu barədə BMT-nin razılığını almayıb və gözlənilmədən belə bir qərar verib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Tehranla MAQATE arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Qanun prezidentin imzaladığı andan qüvvəyə minib.

Tahir Turan

Globalinfo.az

Paylaş: