Göygöldə yol qəzasında xəsarət alan şəxsin kimliyi bilinib.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 1977-ci il təvəllüdlü Təyyar Orucov xəstəxanaya yerləşdirilib. Daha üç nəfərin vəziyyətləri stabil olduğu üçün evə buraxılıb.
Faktla bağlı araşdırma başlanılıb.
*** 21:05
Göygöldə 4 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.