Liderlər arasında Əliyevlə bağlı möhtəşəm ritorika – Orbanın iki sözlük bənzətməsi

Liderlər arasında Əliyevlə bağlı möhtəşəm ritorika - Orbanın iki sözlük bənzətməsi

Avropa İttifaqı dünyanın qibtə etdiyi, qapısında aktorların gözlədiyi bir təsisat idi. Buna baxmayaraq, ətrafında yüksək divarlar hörmüş, sədlər çəkmiş və diktə siyasətinə üstünlük verirdi. Resurs qıtlığı qədər bu amil də onu nüfuzdan salmağa başladı. Belə məqamda Avropa Siyasi Birliyi ortaya çıxdı”.

Bu sözləri Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin Kopenhagenə səfərini şərh edərkən deyib.

O bildirib ki, Siyasi Birlik daha fərqli mövqe nümayiş etdirir:

Avropa aktorları getdikcə daha aydın gördülər ki, uzunmüddətli hədəflərə çatmaq üçün təzyiq və ikili standartların tətbiqi yararlı yol deyil, bəlkə də kifayət deyil.

Kifayət etməyən bir digər məsələ resurs məsələsi idi. Söhbət isə təkcə maddi resurslardan getmir. Dünya siyasətini həqiqətən anlamağı bacaran liderlərin vizyonuna, düşüncələrinə də ehtiyac yarandı. Bu baxımdan Azərbaycan Lideri seçilməyi və parlamağı bacardı”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı mühüm hadisədir:

“Bu, Azərbaycanın nüfuzundan, Prezidentin qazandığı hörmətdən, rəğbətdən xəbər verir. Bunu qarşılıqlı keçirilən görüşlərdə istifadə edilən sözlər, ayaqüstü müzakirələrdə müraciət olunan ritorika və münasibət sübut edir. Macarıstanın Baş naziri Orban Azərbaycanı Avropa üçün qızıl ehtiyat olaraq göstərdi. O həm də Azərbaycan Liderinin rəhbərliyini stabil adlandırdı. Deməli, İlham Əliyevin sözü, imzası, atacağı addımlar bütövü, onların hər biri harmonikdir. Dövlət başçımızın yürütdüyü siyasət proqnozlaşdırıla biləndir.

Liderlər arasında Əliyevlə bağlı möhtəşəm ritorika - Orbanın iki sözlük bənzətməsi

Şəbnəm Həsənova

İlham Əliyevin Moldova Prezidenti Maya Sandu,  Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenlə görüşü zamanı da eyni hörmət və ehiramın şahidi olduq. Fransa Prezidenti Emmanuel Makronla da görüş göstərdi ki, heç bir halda yaranan reallıqdan başqa bir reallıq mövcud deyil. Bunu yaradan isə Azərbaycan Prezidentidir.

Azərbaycan etibarlı tərəfdaşdır: bu müzakirələrdə Prezident Əliyevin baxışlarına, fikirlərinə zərurət var. Avropanın 10, Avropa İttifaqının 8 üzv dövlətinə Azərbaycan qazını ixrac edirik, münasibətlərdə zaman-zaman müşahidə olunan bütün nahamarlıqlara baxmayaraq, etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etmişik. İlham Əliyevin şəxsi keyfiyyətləri, siyasi bilikləri Azərbaycanın xalqının dünyada layiqli təmsilçiliyi deməkdir”.

Turan Rzayev
Globalinfo.az