68dd44374a1e868dd44374a1e91759331383c0c443b1cddcaffb7148837576ff810e

Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Qəza zamanı “VAZ 2107” markalı avtomobillər, “Raf” markalı avtomobil və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş: