Oktyabrın 4-də İtaliyada keçiriləcək “Giro dell Emilia” veloyarışında ”İsrail-Premier Tech” komandasının iştirakı ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, komandanın yarışdan kənarlaşdırılması qərarı son vaxtlar Fələstin etirazlarının artması fonunda verilib:
“Yarış təşkilatçıları bunu ictimai təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıblar”.
Qeyd edək ki, “Giro dell Emilia” yarışı Bolonyada başa çatacaq. Təşkilatçılar məhz finiş xəttinin etiraz aksiyalarına tuş gələ biləcəyindən ehtiyat ediblər.