q%C9%99za 1

Xaçmazda “Mitsubishi Pajero” markalı minik avtomobili rayon ərazisindən keçən “Ağçay” çayına aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, qəza nəticəsində 6 nəfər – avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və sərnişinlər – 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.

Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış.

*** 20:07

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, rayonun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi “Toyota Pajero” markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslər toy mərasimindən qayıdaraq Hülövlü kəndinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: