eliyev erdogan

“Müharibənin qalibi yoxdur, ədalətli sülhün də məğlubu yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, “bundan sonra da bu şüarı əsas tutaraq ölkələr arasında sülhə nail olmaq üçün qətiyyətlə çalışacağıq”.

AzərbaycanErmənistan arasında münasibətlərə də toxunan Ərdoğan tərəfləri sülhə cəsarətləndirmələrinə və 8 avqust Vaşinqton görüşünə diqqət çəkib.

“Hörmətli Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Baş naziri Nikol Paşinyan başda olmaqla, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampı bir daha təbrik edirəm”, – Ərdoğan deyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: