tramp 01

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Əfqanıstan hakimiyyəti Baqram aviabazasının idarəsini Birləşmiş Ştatlara təhvil verməsə, ciddi nəticələrlə qarşılaşacaq.

Globalinfo.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Truth Social” platformasında paylaşım edib.

“Əgər Əfqanıstan Baqram aviabazasını onu inşa edən ABŞ-a təhvil verməsə, pis nəticələr qaçılmazdır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Tramp ABŞ hökumətinin Əfqanıstan nümayəndələri ilə hava bazasının idarə olunması məsələsini müzakirə etdiyini açıqlamışdı.

wcQeWMBP8RSvjXeOLQpgrPsKV32YUR1kH7fdjlEm 640

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: