Polşalı deputatın maşınına Brüsseldə hücum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçinin özü X sosial şəbəkəsində bildirib.
Milli-mühafizəkar Hüquq və Ədalət partiyasını təmsil edən Polşalı deputat Valdemar Budanın avtomobili Brüsseldə vurulub.
“Hücum zamanı mən orada olmamışam, ancaq vurulan yeganə avtomobil mənim olub”, – Buda yazıb.
O, doqquz dəqiq atəş açıldığını deyib və qeyd edib ki, hadisə planlaşdırılıb. Artıq Belçika xüsusi xidmət orqanları tərəfindən araşdırmalara başlanılıb.
Əliyar Xəlil