polsatank

“Polşanın Ukraynaya hərbi yardım çərçivəsində verdiyi RT- 91 tankları ilk zərbədən sonra yanmağa başlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinə verilən Polşanın RT-91 tankları Rusiyanın T-72 tanklarına bənzəyir. Onlar ən qabaqcıl tanklar kimi təqdim edilsə də, əslində bir zərbəyə belə dözə bilmədikləri üzə çıxıb. Tanklar dərhal yanmağa başlayırlar və ekipaj döyüş maşınını tərk etmək məcburiyyətində qalırlar”, – deyə bildirilib.

Hətta iddialara görə, Polşa tankı tək mərmi ilə də partladılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: