68c58af56628d68c58af56628e175777662968c58af56628b68c58af56628c

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu ən sərt şəkildə pisləyib.

Globalinfo.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Xayber Paxtunxva əyalətində törədilən terror hücumu nəticəsində baş verən insan təlafatına görə dərin kədər hissi keçirildiyi bildirilib.

“Bu mənfur terror hücumunu ən güclü şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik”, – açıqlamada qeyd olunub.

Paylaş: