S%C9%99rdar

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Paylaş: