NATO Polşa ərazisinə PUA ilə müdaxiləyə görə alyansın 4-cü maddəsini tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka danışıb.
***12:16
Polşa hakimiyyət orqanları ilə NATO müttəfiqləri arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navroçki jurnalistlərə məlumat verib.
“Biz görüşdə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin tətbiqi imkanlarını müzakirə etdik”, – deyə o bildirib.
K.Navroçki bununla bağlı müvafiq qərarın qəbul edilib-edilmədiyini açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 10-a keçən gedən Polşa hava məkanı “Şahid” PUA-ları tərəfindən pozulub. Varşava da daxil olmaqla 4 hava limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsinə əsasən, Alyans üzvlərindən hər hansı birinin ərazisi, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda, bu, üzv dövlətlərin problemi həll etmək üçün birlikdə məsləhətləşmələrini tələb edir. Bu, Şimali Atlantika Şurasında müzakirələr potensial olaraq birgə qərar və ya fəaliyyətlə nəticələnə bilər.
Sözügedən maddəyə NATO-nun yaranmasından bəri yeddi dəfə ehtiyac olub. Ən sonuncusu 2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğala başlaması ilə çağırılıb. Belə ki, lyansa üzv səkkiz ölkə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı məsləhətləşmələr istəyib.
Əliyar Xəlil
Globalinfo.az