tusk

Polşanın hava məkanına daxil olan 19 PUA-dan 3-ü vurulub.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.

O, rəqəmin artacağını istisna etməyib.

***10:59

“Polşanın hava məkanı çoxlu sayda Rusiya pilotsuz təyyarələri tərəfindən pozulub”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə rəsmi olaraq bəyan edib.

O bildirib ki, Polşanın ərazi təhlükəsizliyinə birbaşa təhlükə yaradan pilotsuz təyyarələr məhv edilib:

“Biz NATO-nun Baş katibi Mark Rutte və digər müttəfiqlərimizlə əlaqə saxlayırıq”.

Qeyd edək ki, sentyabrın 10-da səhər saatlarında Donald Tusk Polşanın hava məkanında yaranmış vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin fövqəladə iclasını çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: