63db952c9ff3563db952c9ff36167533495563db952c9ff3363db952c9ff34

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m).

Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).

Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.

“İnşaat Norma və Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

63db952b3a08463db952b3a085167533495563db952b3a08263db952b3a083 63db952b4d32463db952b4d325167533495563db952b4d32063db952b4d322 63db952b5c02b63db952b5c02c167533495563db952b5c02963db952b5c02a 63db952b6c7cc63db952b6c7cd167533495563db952b6c7c963db952b6c7ca 63db952b7c85363db952b7c854167533495563db952b7c85163db952b7c852 63db952baaeb563db952baaeb6167533495563db952baaeb363db952baaeb4 63db952bda83563db952bda836167533495563db952bda83363db952bda834 63db952beb25d63db952beb25e167533495563db952beb25a63db952beb25b 63db952c9ff3563db952c9ff36167533495563db952c9ff3363db952c9ff34 1 63db952c50d6563db952c50d66167533495563db952c50d6263db952c50d63 63db952c0666763db952c06668167533495563db952c0666463db952c06665

Paylaş: