Rusiya hərbçilərinin gecə saatlarında Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 4 nəfər ölüb, 44 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu gün mən Emmanuel Makronla danışdım. Biz gecə saatlarında Rusiyanın sərt atəşə tutulmasını müzakirə etdik”, – deyə o Telegram hesabında yazıb.
Zelenskinin sözlərinə görə, xilasedicilər və fövqəladə xidmətlər hələ də bütün ölkə ərazisində hücumun nəticələrini aradan qaldırır.
Qeyd edək ki, sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin kütləvi hücumu Ukrayna hökumət binasında böyük yanğın başlayıb. Həmçinin gecə hücumlarında rekord sayda pilotsuz təyyarə və raketlər buraxılıb.
Əliyar Xəlil
Globalinfo.az