antalya yangin azimuth

Rusiyanın Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100” tipli təyyarə Antalya hava limanına endikdən sonra mühərriki alovlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aeronews24” məlumat yayıb.

Məlumatda bildirilib ki, 9-u uşaq olmaqla 89 sərnişin təxliyə edilib.

Hava limanının xilasetmə qrupları yanğına qısa müddətdə müdaxilə edib. Yanğını söndürməyə çalışırlar.

Qeyd olunur ki, RA-89085 nömrəli təyyarə Soçidən Antalyaya A45051 reysini həyata keçirirmiş.

Ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik heç bir açıqlama verilməyib.

Uçuş zolağı müvəqqəti olaraq uçuşlara bağlanıb, eniş etməyi planlaşdıran təyyarələr isə dayandırılıb.

Hava limanından digər reyslərdə gecikmələrin ola biləcəyi bildirilsə də, sərnişinlərə öz aviaşirkətlərindən məlumat almaları tövsiyə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Globalinfo.az

Paylaş: