Ucarda qəza oldu – Ölən var

Ucarda qəza oldu - Ölən var

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Lakin G.Həmidova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.