Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənovdur.
Xəsarət alanlar isə “VAZ-2104″ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur.
Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
***00:19
Gədəbəyin Maarif kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, “VAZ-2104” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində bir qadınla uşaq həyatını itirib. 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.














