du

Şəmkir Maşın Su Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

Globalinfo.az bildirir ki, ADSEA-dan APA-ya verilən məlumata görə, qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın Su Kanalı İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.

Məumata görə, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib.

ADSEA: Şəmkir Maşın Su Kanalında qəza olub - FOTO ADSEA: Şəmkir Maşın Su Kanalında qəza olub - FOTO ADSEA: Şəmkir Maşın Su Kanalında qəza olub - FOTO

Paylaş: