15eab615 4b09 3a98 8d5a b422b73351d4

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı– Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, saat 13:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) həyat əlamətləri olmadan (ölü vəziyyətdə) gətirilib.

Müayinələr nəticəsində bioloji ölüm halı təsdiqlənib.

409e02e4 2309 3e39 8155 bc9347f6730882e65d81 72d9 3831 8eea 4d438f63925d

Paylaş: