“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Macarıstanda baş tuta bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezident administrasiyasının yüksək səviyyəli rəsmisi “Reuters”ə açıqlamasında deyib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Zelenski ilə müzakirənin ardınca Putinə zəng edib. Rusiya prezidenti Ağ Ev rəhbərinə əvvəlcə Zelenski ilə ikitərəfli görüş keçirmək istədiyini söyləyib, daha sonra ABŞ-ın iştirakı ilə üçtərəfli sammitin baş tutmasını təklif edib.
Trampın Putinin təklifləri ilə razılaşdığı və bunu Avropa liderləri, o cümlədən Zelenskiyə çatdırdığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














