Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdə fevral ayında baş verən mübahisənin təkrarlanmamasına xüsusi diqqət göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, Zelenski görüşdə daha yumşaq ton sərgiləyib:
“Zelenski açıq şəkildə bu görüşü Oval kabinetdəki son çıxışından daha yumşaq tonda qurmağa çalışır”, – nəşr qeyd edib.
Xəbərdə bildirilir ki, Ukrayna Prezidenti çıxışına Ağ Evin rəhbərinə və birinci xanım Melaniya Trampa təşəkkürlə başlayaraq xoş təəssürat yaratmağa çalışıb.
Tahir Turan
Globalinfo.az