Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp görüşdən sonra geniş açıqlamalar veriblər. Ona görə də yekun mətbuat konfransında jurnalistlərin suallarından imtina etmək qərara alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, mətbuat konfransının formatının dəyişdirilməsinin səbəbini isə bir cümlə ilə belə açıqlayıb: “Ətraflı bəyanatlar var idi”
“Söhbət həqiqətən çox müsbət keçdi və iki prezident bu barədə danışdılar. Məhz bu söhbət həll variantlarının axtarışı yolu ilə birlikdə inamla irəliləməyə imkan verir”, – Kreml nümayəndəsi əlavə edib.
Əliyar Xəlil