Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
Belarus Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.
Tərəflərin bir neçə saat sonra baş tutacaq Rusiya–ABŞ sammitini müzakirə etdiyi bildirilib.
Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ Prezidenti də sosial media hesabında Lukaşenko ilə telefon danışığı apardığını yazıb.
O, telefon danışığını müsbət qiymətləndirib.
Tramp qeyd edib ki, telefon zəngində məqsəd 16 məhbusu azadlığa buraxdığına görə Lukaşenkoya təşəkkür etmək olub.
Qeyd edək ki, iyun ayında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Kelloqun Belarusa səfəri zamanı bir qrup siyasi məhbus, o cümlədən Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey azad edilib.
Tramp bildirir ki, bugünkü telefon danışığında daha 1300 məhbusun buraxılmasını müzakirə edib.
Politoloq Şahin Cəfərlinin paylaşımına əsasən, bu rəqəm Belarusdakı siyasi məhbusların sayı ilə bağlı hüquq müdafiəçilərinin statistikasına (təxminən 1500 nəfər) yaxındır. Belə qənaətə gəlmək olar ki, ABŞ Belarusdakı bütün siyasi məhbusları buraxdırmağa çalışır.














