“Macarıstan qaz və elektrik təchizatını kəsməklə Ukraynanı bir gündə iflic edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.
O, Ukraynanı məğlub etməyin çox sadə olduğunu deyib.
“Ukrayna elektrik enerjisinin və qazının əhəmiyyətli hissəsini Macarıstandan alır. Əgər bu təchizat qəfil dayandırılsa, Ukrayna dayanacaq. Biz bir gündə Ukraynanın parçalanmasını təşkil edə bilərik. Bir gündə”, — Orban vurğulayıb.
Lakin o, Budapeştin belə addım atmaq niyyətində olmadığını qeyd edib. Orban həmçinin əlavə edib ki, ukraynalılar Macarıstana qarşı “heç bir normal insanın qəbul etməyəcəyi tərzdə” davrandıqlarını göstərirlər.
Tahir Turan
Globalinfo.az