
Ağcabədi rayonunda güclü yanğın baş verib.
Bu barədə Globalinfo.az-a Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hüsülü kəndi kəndində baş verib.
Məlumatda bildirilib ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub. Məlumata əsasən, rayonun yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Belə ki, yanğın hadisəsi Rayon Dövlət Yanğından Mühafizə Xidmətindən 10 km aralıda yaşayış evində baş verib.
Zaira Akifqızı
Globalinfo.az














