kallas 1

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas RusiyaABŞ arasında Ukrayna mövzusunda keçiriləcək zirvə görüşü öncəsi Aİ üzv ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Globalinfo.az xəbər verir ki, Kallas bildirib ki, ABŞRusiya arasında əldə olunacaq hər hansı razılaşmada Aİ və Ukraynanın maraqları nəzərə alınmalıdır.

O, bu məqsədlə avqustun 11-də Aİ xarici işlər nazirlərinin fövqəladə görüşünü təşkil edəcəyini vurğulayıb.

Qeyd edək ki, Trampla Putin avqustun 15-də Alyaskada görüşəcəklər.

 

Paylaş: