Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına və sülh müqaviləsi mətninin paraflanmasına dəstəyini ifadə edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, baş katib bu barədə sosial şəbəkə hesabında yazıb.
K. Ömüraliyev həmçinin Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun, onunla əlaqəli strukturların işinin başa çatdırılması ilə bağlı birgə müraciətinə qəti dəstəyini bildirib:
“Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın təmin edilməsi yolunda əhəmiyyətli addımı təmsil edir”.