jUXf7HmXFdZKUPeSYRsOm5hLcl98BurySszKZKFw 1200

Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza “Opel” markalı minik maşını ilə “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb.

Tərtər şəhərinin M.Hüseynzadə küçəsində yaşayan sürücü, 1972-ci il təvəllüdlü Ramin Nurəddin oğlu Mustafayev, sərnişinlər: ata-oğul, 1974-cü il təvəllüdlü Həbib İvan oğlu Quliyev və 1998-ci il təvəllüdlü Vidadi Həbib oğlu Quliyev qəza zamanı hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş: