Bakıda 47 yaşlı kişi binadan yıxılıb öldü – FOTO

Bakıda 47 yaşlı kişi binadan yıxılıb öldü - FOTO

Biləsuvar sakini Bakıda işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb

Globalinfo.az xəbər verir ki, rayonun Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vüqar Əligüşad oğlu Abşeron rayonunun Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada işləyərkən yıxılıb.

Ağır xəsarətlər alan V.Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Teleqraf-ın məlumatına görə, Vüqar Cəfərov tikinti sahəsində fəhləliklə məşğul olurmuş. O, 5 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Bakıda 47 yaşlı kişi binadan yıxılıb öldü - FOTO