qeza 1

Ağdamın Xıdırlı kəndi ərazisindəyol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hərəkətdə olan “Pickup” markalı avtomobili “Shacman” yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb. Vəziyyətləri ağır olduğu üçün 5 nəfər yaralı Bərdə rayon Diaqnostika Mərkəzinə göndəriliblər.

Xəsarət alanlar 1981 ci il təvəllüdlü Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü Şükürov Yaşar Vəliyəddin oğlu, 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: