Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Ağdamda baş verən güclü yanğının qarşısının alınması üçün əlavə kömək cəlb edilir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb. Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi və Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və əməkdaşlar cəlb edilib.
Hazırda Yevlax rayon Yağından Mühafizə Xidmətinin briqadası yanğın baş verən əraziyə çatıb.
Ağcabədi rayon Yağından Mühafizə Xidmətinin əməkdaşları isə hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobil və xidmət əməkdaşları yanğınsöndürmə əməliyyatını davam etdirir.
***17:50
Ağdamın daha bir istiqamətdə yanğın qeydə alınıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, rayonun Abdal və Gülablı kəndlərində açıq ərazi yanır.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.






